İran XİN rəhbəri Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olunmasını alqışlayıb
Nərmin Qocamanlı
Xəbər verdiyimiz ki, dekabrın 26-da İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarı ilə telefon danışığında Azərbaycan və Ermənistan arasında danışıqlarda irəliləyişə nail olunmasını alqışlayıb.
Tərəflər, həmçinin, Cənubi Qafqazdakı hadisələri, ikitərəfli əməkdaşlıq və iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Qeyd edək ki, İran XİN rəhbəri bu gün İrəvana səfər edəcək. O, erməni həmkarı Ararat Mirzoyan ilə görüşəcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma