Rusiya və Özbəkistan Prezidentləri arasında görüş olub
Nərmin Qocamanlı
Rusiya Prezidenti Vladimir Putin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş olub.
"Operativ Media" xəbər verir ki, görüşdə qarşılıqlı ticarətin artım tempinin qorunub saxlanılması üçün idarələrarası sıx əlaqələndirmənin və praktiki əməkdaşlığın təmin edilməsinin vacibliyi qeyd edilib.
Regional gündəliyə dair də fikir mübadiləsi aparılıb.
Görüş dünən MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində baş tutub.