Zaxarova: Moskva Bakı-İrəvan münasibətlərinin normallaşması üçün yaxşı perspektivlər görür
Nərmin Qocamanlı
Moskva İrəvan-Bakı münasibətlərinin Rusiya, Ermənistan və Azərbaycan prezidentlərinin üçtərəfli razılaşmaları əsasında normallaşması üçün yaxşı perspektivlər görür.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
"Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üçün ilkin şərtlər var. Ümumiyyətlə, biz Cənubi Qafqazda münaqişənin səviyyəsinin azaldılmasında və bu regionun ən zəngin potensialının açılmasında maraqlıyıq", - Zaxarova qeyd edib.