http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib

01 Dekabr 2022 , 17:36
Azərbaycan və Pakistan HDQ-nin inkişaf perspektivləri müzakirə edilib

 

Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Amcad Xan Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə HDQ-də rəsmi qarşılanma mərasimi keçirilib. Pakistan HDQ komandanı fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə əklil qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Pakistan nümayəndə heyətinin rəhbəri “Fəxri qonaqlar kitabı"nı imzalayıb. HDQ komandanı vitse-admiral S.Bəkirov qonaqları salamlayaraq ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib. Nümayəndə heyətinə HDQ-nin tarixi və fəaliyyəti haqqında geniş brifinq təqdim edilib. Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən admiral M.A.X.Niazi hər iki ölkənin HDQ-nin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə Azərbaycan-Pakistan HDQ arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb. Sonra hərbi gəmilərə baxış keçirilib, onların taktiki-texniki xüsusiyyətləri, həmçinin gəmi heyətinin yerləşməsi və qidalanması ilə bağlı nümayəndə heyətinə məlumat verilib.

OXŞAR XƏBƏRLƏR
“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyanın müdafiə naziri ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi italiyalı həmkarı ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi italiyalı həmkarı ilə görüşüb

XƏBƏR LENTİ
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
  • 19:43

    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:36

    “Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb - VİDEO
  • 19:30

    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda görülən işlərlə tanış olub  YENİLƏNİB
  • 19:29

    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub - YENİLƏNİB
  • 19:17

    Azərbaycan-Yaponiya ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub
  • 19:14

    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
    Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
Menyu