Menyu

Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub

Nərmin Qocamanlı
Azərbaycan və Rusiya Baş nazirləri arasında telefon danışığı olub
1 dəq oxu

Azərbaycan Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin ilə telefon danışığı aparıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti məlumat yayıb

Bildirilib ki, hökumət başçıları Azərbaycan-Rusiya ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər. Sənaye və nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin inkişafına xüsusi diqqət yetirilib.

Mixail Mişustin və Əli Əsədov Müstəqil Dövlətlər Birliyində və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.

Əlaqəli Xəbərlər