Menyu

Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub

Nərmin Qocamanlı
Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub
1 dəq oxu

Növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ekspertlər Azərbaycana dəvət olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, növbədənkənar Prezident seçkiləri ilə bağlı olaraq Azərbaycan Xarici İşlər Nazirliyi işini davam etdirir.

Nazir bildirib ki, proses artıq başlayıb: "Xarici ekspertlər artıq ölkəyə dəvət olunub. Həmçinin xarici media nümayəndələrinin ölkəmizə səfəri gözlənilir".

 

Əlaqəli Xəbərlər