Menyu

XİN başçısı Qarabağdakı Rusiya sülhməramlılarının qalma müddətindən danışıb

Nərmin Qocamanlı
XİN başçısı Qarabağdakı Rusiya sülhməramlılarının qalma müddətindən danışıb
1 dəq oxu

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı Rusiya sülhməramlılarının qalma müddətindən danışıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı məlumat verib.

“Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var. Bu, liderlər səviyyəsində imzalanıb. Sülhməramlıların Qarabağda qalma müddəti 2025-ci ilin noyabrına qədər nəzərdə tutulub”, – nazir qeyd edib.

Əlaqəli Xəbərlər