http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Fransa Cənubi Qafqazdan nə istəyir? - ŞƏRH

29 Dekabr 2023 , 10:18
Fransa Cənubi Qafqazdan nə istəyir? - ŞƏRH

“Fransanın bu gün sərgilədiyi və münasibətlərin gərginləşməsinə xidmət edən davranışı heç də təsadüfi deyil. Tarixi bütünlüklə işğallarla və soyqrımlarla dolu olan bir dövlətin öz çirkin maraqlarını Cənubi Qafqazda da həyata keçirmək cəhdləri sözsüz ki, hər kəsə yaxşı məlumdur”.

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq deyir ki, 44 günlük Vətən müharibəsi və sonrakı 3 il ərzində Azərbaycanın yaratdığı yeni reallaıqlar, sərgilədiyi qətiyyətli yanaşma Fransanın planlarına çox ciddi zərbələr vurub.
   
“44 günlük Vətən müharibəsinin bitdiyi ilk vaxtlarda Ermənistan kapituliyasiya aktı imzalayıb Azərbaycanın reallıqlarını qəbul etdi. Bu şərtlər daxilində belə Fransa senatından çağırışlar eşitdik. Dırnaqarası respublikanın yaradılması ilə bağlı belə çağırışlar eşidirdik. Hətta hansısa seperatçı rejimin tanınması ilə bağlı çağırışlar eşidirdik. Fransa mütəmadı olaraq beynəlxalq hüquq və BMT prinsiplərinə zidd olan davranışlar sərgiləyir, dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilələr etməyə cəhd göstərir”.

Anar Əliyevin sözlərinə görə, Azərbaycanın 19-20 sentyabr tarixlərində keçirdiyi antiterror tədbirlərindən sonra da Fransa  Azərbaycanın qətiyyətli mövqeyinə təsir etməyə çalışırdı.

“Bu onu göstərir ki, Fransa bölgədə sülhü və əməkdaşlığı istəmir. Fransa Ermənistanı alət etməklə hətta lazım olarsa, qurban verməklə, özünün çirkin maraqlarını həyata keçirmək istəyir. Amma Fransa unudur ki, artıq 90 illərin Azərbaycanı deyil. Azərbaycandakı agentura şəbəkəsi ilə marginal qruplar və əlaltılar vasitəsilə nə xalqın mövqeyinə, nə də dövlətin iradəsinə və dövlət başçısının iradəsinə təsir etmək mümkündür. Fransanın casus şəbəkəsinin aşkar edilməsi bir daha göstərdi ki, Azərbaycana qarşı yürüdülən istənilən məkrli siyasətinin qarşısı vaxtında alınacaq”.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:22

    Bu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək
    Bu tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcək
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
Menyu