http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Ceyhun Bayramov və Borell arasında görüş olub

01 Dekabr 2022 , 22:50
Ceyhun Bayramov və Borell arasında görüş olub

1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozef Borel ilə görüşüb.

 

Görüş zamanı, Azərbaycan və Avropa ittifaqı arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, habelə energetika sahəsində əldə edilmiş razılıqların icrası müzakirə olunub. 

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin irəlilədilməsi istiqamətində səylər və Avropa İttifaqının rolu barədə fikir mübadiləsi aparılıb.

Ermənistanın proses çərçivəsində maneələr törətdiyi, liderlər səviyyəsində əldə edilmiş razılıqlar üzrə öhdəliklərdən boyun qaçırdığı, danışıqlar prosesi barədə yanlış təəssürat yaratdığı diqqətə çatdırılıb. Nazir, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövcud mina təhlükəsinə bir daha diqqət yönəldib.

Cozef Borel, öz növbəsində Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətlərinin böyük inkişaf potensialının olduğunu qeyd edib. Avropa İttifaqının normallaşma prosesi üzrə səylərə dəstəyini davam etdirmək niyyətində olduğunu bildirib.

Tərəflər görüşdə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə edib.

OXŞAR XƏBƏRLƏR
COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

Azərbaycan XİN Serbiyaya başsağlığı verib

ABŞ seçkilərində təxminən 70 milyon vətəndaş səs verib

ABŞ seçkilərində təxminən 70 milyon vətəndaş səs verib

XƏBƏR LENTİ
  • Dünən
    23:54

    "Atəşgah məbədi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb
  • Dünən
    23:16

    İsrail Beyrutun cənubuna zərbələr endirib
  • Dünən
    22:42

    KİV: İsrail “Hizbullah” komandirini ələ keçirib
  • Dünən
    22:07

    Tovuzda yol qəzası baş verib
  • Dünən
    21:19

    ADY: Sosial mediada saxta səhifələr istifadəçiləri aldadır, bank kartı məlumatlarını mənimsəyir
  • Dünən
    21:00

    COP29 çərçivəsində Davamlı İnnovasiya Forumu keçiriləcək
  • Dünən
    20:02

    İran prezidenti: "Azərbaycanla sərhəd dəhlizinin icrası tez başa çatdırılmalıdır"
  • Dünən
    19:18

    Salyan şosesində qəza olub, yolda sıxlıq yaranıb
Menyu