Zelenski: Rusiya arsenalındakı bütün silahlarla şəhərlərimizi atəşə tutub
Redaksiya
"Bu gün Rusiya öz arsenalında demək olar ki, hər cür silahdan istifadə edib. S-300-lər, qanadlı raketlər, pilotsuz təyyarələr vəs. Ukraynaya qarşı ümumilikdə 110-a yaxın raket atılıb".
"Operativ Media" xəbər verir ki, bu barədə Volodimir Zelenski öz X hesabında paylaşım edib. O qeyd edib ki, Kiyev, Lvov, Odessa, Dnepr, Xarkov, Zaporojjya və başqa şəhərlər atəşə tutulub. Zərbələr nəticəsində ölən və yaralananlar var.
"Terrorçuların hücumlarına mütləq cavab verəcəyik. Biz bütün ölkəmizin, hər bir şəhərimizin, hər bir vətəndaşımızın təhlükəsizliyi üçün mübarizəmizi davam etdirəcəyik. Rusiya terroru uduzmalıdır"-deyə Zelenski qeyd edib.
A maternity ward, educational facilities, a shopping mall, multi-story residential buildings and private homes, a commercial storage, and a parking lot. Kyiv, Lviv, Odesa, Dnipro, Kharkiv, Zaporizhzhia, and other cities.