Menyu

Milli Məclis Azərbaycan Prezidentini və birinci xanımı təbrik edib

Nərmin Qocamanlı
Milli Məclis Azərbaycan Prezidentini və birinci xanımı təbrik edib
1 dəq oxu

Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova parlametin payız sessiyasının bugünkü iclasında bildirib.

Sədr təklif edib ki, Milli Məclis adından Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik məktubu göndərilsin.

Deputatlar sədrin təklifinə alqışlarla razılıq veriblər.

Əlaqəli Xəbərlər