Rusiya hərbi təyyarələri niyə qəzaya uğrayır?
Sentyabr ayından bəri ən azı 6 Rusiya hərbi təyyarəsi daxili nasazlıqlar səbəbindən qəzaya uğrayıb.
"Operativ Media" "The Jerusalem Post"a istinadən xəbər verir ki, bu nasazlıqların Rusiya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrində baş verməsinin bir sıra səbəbləri ola bilər.
“Defence News”un o vaxt anonim Rusiya mənbəsinə istinadən verdiyi məlumata görə, qəzaların konkret səbəbləri ixtisaslı pilotların olmaması və ən əsası köhnə təyyarələrdən həddən artıq istifadə edilməsi olub.
Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin rəhbəri Paul Schwartz-a son il yarım ərzində həyata keçirilən hərbi əməliyyatların artan tempi ilə hərbi təyyarələr üçün artan qəzalar arasında açıq şəkildə əlaqə olduğunu bildirib.
Bundan başqa, bildirilir ki, Rusiyanın son vaxtlar qəzaya uğrayan təyyarələri Ukrayna döyüşlərində istifadə edilən (ən az 4-ü) təyyarələr olub.
Sadə dillə desək, Rusiya qısa müddət ərzində öz hərbi təyyarələrindən həddən artıq istifadə edir ki, bu da qəzalara səbəb olur.
2015-ci illə müqayisədə Rusiyanın hazırkı təyyarə istifadəsinin dəqiq tempi bəlli deyil. Rusiyanın Ukraynaya hücumunun davam etdiyini nəzərə alsaq, çox güman ki, köhnə təyyarələrdən istifadə normadan yüksəkdir.