http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul edib

30 Dekabr 2023 , 16:44
Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul edib

30 dekabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Katsuya Vatanabeni qəbul edib.
 
XİN-dən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı səfir Katsuya Vatanabe etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
 
Görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq gündəliyi və perspektivləri, eləcə də regional vəziyyət müzakirə olunub.
 
Azərbaycanla Yaponiya arasında bir sıra istiqamətlərdə tarixi dostluq və əməkdaşlıq münasibətlərinin əhəmiyyəti və qarşılıqlı maraqlar çərçivəsində ikitərəfli münasibətlərin inkişafının vacibliyi qeyd olunub. Bu çərçivədə yüksək səviyyəli ikitərəfli səfərlərin, siyasi məsləhətləşmələrin, iqtisadi komissiyanın işinin intensivləşməsinin əhəmiyyəti qeyd olunub.

İki ölkə arasında “yaşıl enerji”, nəqliyyat və logistika, yüksək texnologiyalar, təhsil və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb.
 
Görüş zamanı, qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı təcavüzünün, qaçqın və məcburi köçkün probleminin, keçmiş münaqişənin tarixçəsi barədə ətraflı məlumat verilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsini və 24 saatdan az bir müddətə həyata keçirilmiş antiterror tədbirlərini şərtləndirən amillər diqqətə çatdırılıb. Azərbaycanın Ermənistanla sülh prosesinin təşəbbüskarı kimi bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı tərəf olduğu bildirilib. 

Nazir səfirə ölkəmizdə fəaliyyətində uğurlar arzulayıb. 
 
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər

Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək

Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək

XƏBƏR LENTİ
  • 14:20

    Son 4 ayda pensiya ödənişlərinə 2 milyard 152 milyon manat yönəldilib
  • 14:18

    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər
    Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış edirlər
  • 14:15

    Azərbaycan-Belarus sənədləri imzalanıb
    Azərbaycan-Belarus sənədləri imzalanıb
  • 14:15

    Mauro İkardi "Qalatasaray"dan ayrılacaq? - Açıqladı
  • 14:12

    Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB
  • 14:03

    Çinin xarici işlər naziri Qazaxıstan və Tacikistana səfər edəcək
  • 14:03

    İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
    İlham Əliyevin Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
  • 14:03

    "Microsoft" Çindəki yüzlərlə işçini xaricə köçürməyi təklif edib
Menyu