http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

XİN başçısı "persona non grata" elan edilən Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edib

30 Dekabr 2023 , 16:55
XİN başçısı "persona non grata" elan edilən Azərbaycanın Fransadakı Səfirliyinin əməkdaşlarını qəbul edib

30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş Fransadakı səfirliyimizin əməkdaşlarını qəbul edib.

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib.

Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.

İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.

OXŞAR XƏBƏRLƏR
Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Lavrov Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayevi qəbul edib

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
  • 11:17

    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
    Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
  • 10:52

    Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb
  • 10:37

    Pol Poqba yaşıl meydanlara qayıdır
  • 10:20

    DİN: Polis qanunsuz saxlanılan silah-sursatı aşkar edərək götürüb
  • 10:05

    Azərbaycan PL: "Səbail" "Şamaxı"nı, "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək
Menyu