Madriddə poçtla göndərilən daha bir bomba aşkarlanıb

Operativ Media
Madriddə poçtla göndərilən daha bir bomba aşkarlanıb

İspaniya təhlükəsizlik qüvvələri Madrid yaxınlığındakı Torrejon de Ardoz hava qüvvələri bazasına poçt göndərişində gizlədilən üçüncü partlayıcı qurğu aşkarlayıb. "Operativ Media" xəbər verir ki, təhlükəsizlik qüvvələri tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, 2 gün əvvəl Ukraynanın Madriddəki səfirliyinə və İspaniyanın şimalındakı Saraqosada silah istehsalçısına ünvanlanmış iki bombalı məktub tapılıb.

Digər xəbərlər