http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

XİN Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşünə dair məlumat yayıb

02 Dekabr 2022 , 13:53
XİN Ceyhun Bayramovun litvalı həmkarı ilə görüşünə dair məlumat yayıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Lodzda keçirilən 29-cu iclası çərçivəsində Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.

"Operativ Media" xəbər verir ki,  bununla bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri və regionda cari vəziyyət müzakirə mövzusu olub. Azərbaycan və Litva arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, təhsil, humanitar və s. sahələrdə faydalı əməkdaşlıq gündəliyinin mövcud olduğu qeyd edilib. Münasibətlərin inkişafında qarşılıqlı səfərlərin, siyasi dialoqun əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, Azərbaycanın Aİ ilə əlaqələri, bu çərçivədə görülən işlər müzakirə edilib.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar, post-münaqişə mərhələsində işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, nəqliyyat və kommunikasiyaların açılması, o cümlədən sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə həmkarını ətraflı məlumatlandırıb.

Nazir Qabrielius Landsberqis Azərbaycan və Litva arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün potensialın mövcud olduğunu qeyd edib, bu potensialdan istifadənin vacibliyini vurğulayıb. Bölgədə enerji təhlükəsizliyi üzrə həyata keçirilən layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Qabrielius Landsberqis Litvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb"-deyə məlumatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

XƏBƏR LENTİ
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
  • 16:42

    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
  • 16:40

    Prezident neft sənayesi işçilərini təltif edib
    Prezident neft sənayesi işçilərini təltif edib
Menyu