http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ceyhun Bayramov ATƏT baş katibi ilə görüşüb

02 Dekabr 2022 , 14:44
Ceyhun Bayramov ATƏT baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lodz şəhərində ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.

 

XİN-dən "Operativ Media"ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə ATƏT arasında ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, ATƏT çərçivəsində mövcud problemlər, habelə regionda baş verən ən son proseslər müzakirə edilib.

 

Nazir Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlar, danışıqlar prosesi və iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə hal-hazırkı vəziyyət, ərazilərin minalardan təmizlənməsi kimi məsələlər barədə tərəf müqabilini məlumatlandırıb.

 

Ermənistan tərəfinin danışıqlar prosesinə törətdiyi maneələr, öhdəlikləri kobud şəkildə pozması, eləcə də törətdiyi mina təxribatları diqqətə çatdırılıb. Mina təhdidinin aradan qaldırılması və bir sıra digər istiqamətlərdə ATƏT tərəfindən layihələrə dəstək verilməsinin zəruriliyi vurğulanıb. 

 

Görüşdə tərəflər, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

Ceyhun Bayramov və Murat Nurtleu arasında telefon danışığı baş tutub

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

XİN: İzobel Koulmanın Azərbaycana qarşı açıqlamasını şiddətlə pisləyir və qətiyyətlə rədd edirik

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başlayıb

XƏBƏR LENTİ
  • Dünən
    23:29

    ABŞ İsrailə xəbədarlıq edib
  • Dünən
    23:15

    Antonov: Qərbin Rusiya aktivlərini müsadirə etməsinə Moskvanın cavabları ağrılı ola bilər
  • Dünən
    23:02

    Azərbaycanlı hücumçu Albaniya klubuna transfer oldu
  • Dünən
    22:26

    Təhsil xərcləri 8,7 faiz artırılacaq
  • Dünən
    22:07

    Muxtar Babayev: Regionda ən çox beynəlxalq konvensiyalara qoşulan ölkələrdənik
  • Dünən
    21:48

    Səhiyyə xərcləri 7 faiz çox olacaq
  • Dünən
    21:43

    Gürcüstan sanksiyaların qəbul ediləcəyi təqdirdə ABŞ-a münasibətinə yenidən baxa biləcəyini bildirib
  • Dünən
    21:34

    Azərbaycanda sair büdcə gəlirlərinin 16 % azalacağı gözlənilir
Menyu