02 Dekabr 2022, 15:10
Putin və Olaf Şolts arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin Almaniya federal kansleri Olaf Şoltsla telefon danışığı aparıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin və Şolts Ukrayna ətrafındakı vəziyyətin müxtəlif aspektlərini müzakirə ediblər. Putin Rusiyanın xüsusi hərbi əməliyyatın keçirilməsinə prinsipial yanaşmalarını ətraflı izah edib.