http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş müsbət məcrada keçib - Hikmət Hacıyev

04 Yanvar 2024 , 17:49
Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş müsbət məcrada keçib - Hikmət Hacıyev

Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.

"Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı", - o qeyd edib.

H.Hacıyevin sözlərinə görə, sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır.

"Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin noyabrında Azərbaycan-Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub", - o əlavə edib.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 15:14

    “Emirates” İran və İraqa uçuş məhdudiyyətlərini oktyabrın 7-dək uzadıb
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
Menyu