http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

05 Yanvar 2024 , 14:49
MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırlayıb

Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir.

Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.

Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub.

Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
  • 14:35

    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
    “Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib
  • 13:53

    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
    Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib
  • 13:27

    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
    Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib
  • 13:22

    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
    Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI
  • 12:37

    Bazar gününün havası açıqlanıb
  • 12:20

    Türkiyə parlamenti İsraillə bağlı qapalı iclas keçirəcək
  • 11:44

    Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Menyu