Çexiya səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb
Operativ Media
Çexiya səfiri Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
"Operativ Media"nın xəbərinə görə, buna səbəb Petr Mikiskanın mətbuata verdiyi müsahibədə bildirib ki, Çexiyadan Gürcüstana gələn məhsulların bir hissəsi sanksiyalardan yan keçərək Rusiyaya gedir.
Xarici İşlər Nazirliyi səfirdən açıqlama tələb edib və onun bəyanatının həqiqətə uyğun olmadığını və iki ölkə arasında əməkdaşlığa, eləcə də Gürcüstanın nüfuzuna xələl gətirdiyini vurğulayıb.
Mikiska bildirib ki, onun sözləri yanlış şərh edilib və kontekstdən çıxarılıb və Gürcüstana qarşı sanksiyalarla bağlı heç bir sual yoxdur.