Menyu

Ukraynanın bir neçə səfirliyinə içində heyvan gözləri olan bağlamalar göndərilib

Operativ Media
Ukraynanın bir neçə  səfirliyinə içində heyvan gözləri olan bağlamalar göndərilib

İçində qan və heyvan gözləri olan paketlər Ukraynanın Avropa ölkələrindəki bir neçə səfirliyinin binasına çatdırılıb.

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko bildirib. O qeyd edib ki, Macarıstan, Hollandiya, Polşa, Xorvatiya və Avstriyadakı səfirlik binalarına çox fərqli rəng və kəskin qoxu olan, qana bənzəyən maye ilə isladılmış bağlamalar göndərilib. Oxşar bağlamaların Ukraynanın Neapol (İtaliya), Krakov (Polşa) və Brnodakı (Çexiya) baş konsulluqlarına da göndərildiyini bildirən Ukrayna Xarici İşlər sözçüsü paketlərdə heyvan gözlərinin olduğunu da əlavə edib.

Qeyd edək ki, son iki gün ərzində İspaniyanın Ukrayna ilə bağlı bəzi istiqamətlərinə içərisində bombalar olan bağlamalar göndərilib.

Əlaqəli Xəbərlər