Menyu

Prezidentliyə namizəd ABŞ-ni NATO-dan çıxarmaq istəyir

Prezidentliyə namizəd ABŞ-ni NATO-dan çıxarmaq istəyir

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami ölkənin NATO-dan çıxmasını istəyir.

"Operativ Media" xəbər verir ki, bu barədə nüfuzlu “Politico” nəşri yazıb.

Bildirilib ki, o, bu barədə fikrini açıq ifadə edib. V. Ramasvami prezident seçiləndən sonra onun ölkəsini Alyansdan çıxarması da gözlənilir.

Qeyd olunub ki, prezidentliyə namizəd NATO-nun Soyuq müharibədən sonrakı genişlənmə cəhdinin Rusiya ilə böyük münaqişə riskinin əsassız olaraq artırdığını düşünür. Onun fikrincə, BMT-dən çıxmağın da vaxtı çatıb.

Nəşr qeyd edir ki, ABŞ-nin NATO-dan çıxması son onilliklərin ən böyük transatlantik böhranının başlanğıcı ola bilər.

Qeyd edək ki, bundan əvvəl keçmiş prezident Donald Tramp da ABŞ-nin NATO-dan çıxmaq vaxtının çatdığını söyləmişdi.

Teqlər:

"Prezidentliy\u0259 namiz\u0259d AB\u015e-ni NATO-dan \u00e7\u0131xarmaq ist\u0259yir"

Əlaqəli Xəbərlər