Menyu

Məzahir Pənahov: "72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib"

Məzahir Pənahov: "72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib"

Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

"Operativ Media" APA-ya istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərində 37 nəfər, MDB Parlament Assambleyası 17 nəfər, Türkiyə 5 nəfər, MDB 9 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyasının seçkiləri izləyəcəyi barədə artıq məlumatlar göndərib. Ümumilikdə, 19 ölkədən 72 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər