http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"ABŞ-nin Azərbaycana qarşı siyasəti yalnız qərəzli yanaşmadır"-Politoloq

07 Yanvar 2024 , 12:36
"ABŞ-nin Azərbaycana qarşı siyasəti yalnız qərəzli yanaşmadır"-Politoloq

"Amerika Birləşmiş Ştatlarının Azərbaycanı dini etiqad azadlığına nəzarət siyahısına daxil etməsi ədalətsiz yanaşmanın və qərəzli mövqeyin bariz nümunəsidir. Elə məhz Birləşmiş Ştatların özündə əksər vaxtlarda dini və irqi ayrı-seçkiliklə bağlı çoxsaylı hadisələr müzakirə mövsuzu olub".

Bunu politoloq İlyas Hüseynov "Operativ Media"ya açıqlamasında deyib. O bildirir ki, 30 il ərzinda Qarabağda dağıdılan dini abidələrə göz yuman, ağzına su alıb oturanlar indi özlərini müsəlmanların təəssübkeşi kimi göstərməyə başlayıblar. Dini və milli tolerantlığın hökm sürdüyü Azərbaycana qarşı belə iddialar tamamilə cəfəngiyyatdır. 

"Bütün dünyada çoxsaylı müharibələri və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın vəziyyətinə düşməsinə, səfalət içində yaşamasına səbəb olan dövlətin bu cür mövqeyi sadəcə gülüncdür. Azərbaycana qarşı olan bu addımın arxasında siyasi sifariş dayanır. Eyni zamanda burada dindən çox siyasi möhtəkirliyi və riyakarlığı özündə ehtiva edən elementlər var. Xüsusilə vurğu ona edilir ki, 19-20 sentyabr lokal əməliyyatlardan sonra Azərbaycana qarşı bütün bu məhdudlaşdırıcı tədbirlər görülüb. Burada məqsəd Azərbaycana siyasi təsir etməkdir. Xüsusilə bunu növbədənkənar prezident seçkiləri ərəfəsində edilməsi bu məsələyə ciddi nəzər salmağa əsasdır".

Politiloq qeyd edib ki, hesabatın Azərbaycana aid olan hissəsinin dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan tərəfindən hazırlanması da suallar doğurur. 

"Öz mənafelərini güdən ABŞ-nin dövlət rəsmiləri ölkənin maraqlarını heçə sayırlar. Bu xarici ölkə vətəndaşlarının ABŞ-ın xarici siyasətinə təsir imkanlarını aradan qaldırılmasına ziddir. Yəni burada amerikanın maraqları pozulub. Ermənilərin sifarişləri yerinə yetirilərək Azərbaycana qarşı belə mövqe sərgilənib".

OXŞAR XƏBƏRLƏR
Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib

XƏBƏR LENTİ
  • 17:05

    İranda terror aktının qarşısı alınıb
  • 16:14

    BDU-nun dörd tələbəsi Prezident təqaüdünə layiq görülüb
  • 15:55

    Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib
  • 15:28

    Binədə 7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb
  • 15:27

    MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
  • 15:19

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təlimi başa çatıb
  • 15:14

    “Emirates” İran və İraqa uçuş məhdudiyyətlərini oktyabrın 7-dək uzadıb
  • 14:50

    Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib
Menyu