Zaxarova Avropa ordusunun yaradılması ideyasını şərh edib
Nərmin Qocamanlı
Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova Avropa ordusunun yaradılması ideyasını şərh edib.
"Operativ Media" xəbər verir ki, bu barədə o, öz teleqram hesabında bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Aİ-yə ordu yaratmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməyi və ya sərhədlərini humanist şəkildə qorumağı öyrənməyi tövsiyə edib.
Qeyd edək ki, bundan əvvəl İtaliya baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.
Teqlər:
"Zaxarova Avropa ordusunun yarad\u0131lmas\u0131 ideyas\u0131n\u0131 \u015f\u0259rh edib"