http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Azərbaycan MN Rusiya MN-ni yaşayış məntəqələrinin adını düzgün yazmağa çağırıb

02 Dekabr 2022 , 23:37
Azərbaycan MN Rusiya MN-ni yaşayış məntəqələrinin adını düzgün yazmağa çağırıb

Bir daha təəssüflə bildiririk ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

"Bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı tərəfimizdən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılması isə ümumiyyətlə anlaşılan deyil.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirir ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi YOLVERİLMƏZDİR.

Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 02.12.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazinin Qarabağ iqtisadi rayonu, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adlarının isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏND olduğunu bir daha xatırladırıq.

Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə çağırırıq"-deyə məlumatda qeyd olunub

OXŞAR XƏBƏRLƏR
Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib

XƏBƏR LENTİ
  • 18:57

    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
    Türkiyənin ədliyyə naziri Baş prokuror Kamran Əliyev ilə görüşüb - YENİLƏNİB
  • 18:53

    Azərbaycan PL: "Kəpəz" "Neftçi"ni məğlub etdi
  • 18:44

    Quterreş BRİCS-in sammitində iştirak edəcək
  • 18:23

    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
    Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
  • 18:16

    Cəfər Hüseynzadə və NATO nümayəndələri arasında görüş keçirilib
  • 18:08

    Kamran Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokuroru ilə görüşüb
  • 18:01

    Ov etmək qaydalarının pozulmasına görə yeni sanksiyalar müəyyənləşir
  • 17:58

    Babək rayonunda oğurluq edən şəxslər saxlanılıblar 
Menyu