Menyu

İran Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə reaksiya verib

Redaksiya
İran Türkiyənin Zəngəzur dəhlizi ilə bağlı mövqeyinə reaksiya verib

"Tranzit və ticarət əməkdaşlığı regionda geosiyasi dəyişikliklər üçün bəhanə ola bilməz"

"Operativ Media" xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlunun Zəngəzur dəhlizinin 2029-cu ilə qədər açıla bilməsi ilə bağlı fikirlərini şərh edərkən deyib:

"Bu bəyanatın düzgünlüyünü bilmirəm, lakin bölgədəki vəziyyət, xüsusilə Qafqaz regionunda sülh və sabitliklə bağlı aydın və dəqiq mövqeyimiz var. Biz sülh və sabitlik, iqtisadi və ticari əməkdaşlıq, nəqliyyat və tranzit yaratmaq üçün regional əməkdaşlığın genişləndirilməsini hər zaman vurğulayırıq. Biz həmişə qeyd etmişik ki, ticarət və tranzit əməkdaşlığının inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin milli suverenliyinin və ərazi bütövlüyünün pozulmasına bəhanə ola bilməz" - Kənani vurğulayıb.

Teqlər:

"\u0130ran T\u00fcrkiy\u0259nin Z\u0259ng\u0259zur d\u0259hlizi il\u0259 ba\u011fl\u0131 m\u00f6vqeyin\u0259 reaksiya verib"

Əlaqəli Xəbərlər