08 Yanvar 2024, 12:42
Omeqa-3 çatışmazlığı orqanizmdə hansı problemləri yaradır?
Omeqa-3 çatışmazlığı orqanizmdə hansı problemləri yaradır? şəkil
Omeqa-3 çatışmazlığı orqanizmdə hansı problemləri yaradır?

“Omeqa-3 çatışmazlığı yorğunluğun artması, əhval-ruhiyyənin pisləşməsi, dərinin quruması, dəridə sağalmayan yaralar və çatlar ilə özünü büruzə verir”.

 “Operativ Media” xəbər verir ki, bunu qidalanma üzrə mütəxəssis Natalya Denisova “aif.ru” saytına müsahibəsində deyib.

Həkim orqanizmdə omeqa-3 əskikliyinin yaratdığı problemlərdən bəhs edib:

“Omeqa-3 çatışmazlığı həm də hormonal  balanssızlıqlara səbəb ola bilər. Yüksək xolesterol səviyyəsi də bu problemdən xəbər verə bilər. Bu, həmçinin dolayı yolla lipid mübadiləsinin pozulduğunun əlamətidir.

Həkim bildirib ki, orqanizm omeqa-3-ü özü istehsal etmir, ona görə də biz bu turşuların ehtiyatını ancaq qidalanma yolu ilə doldura bilərik:

“İlk növbədə, dəniz məhsullarını, xüsusilə balıq kimi yağlı qidaları həftədə 2-3 dəfə istehlak edərək omeqa-3 çatışmazlığının qarşısını almaq mümkündür. Eyni zamanda kürü də omeqa-3 ehtiyatlarını doldurmağa kömək edəcək”.

Son xəbərlər
Azərbaycanla İran sərhədində radiasiya fonunda çirklənmə aşkar edilməyib
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb
Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib
İran: İsrailin hücumları bizi diplomatik yoldan çəkindirdi
İran Prezidenti: Allahdan bir yardım və yaxın bir zəfər
İsrail müdafiə naziri: İran mülki ərazilərə hücuma görə dözülməz bədəl ödəyəcək
İranın İsrailə cavab tədbirləri başa çatıb - YENİLƏNİB
Gürcüstan Yaxın Şərqdə artan gərginlikdən narahatdır