Menyu

Dekabrda KTM-yə zəhərlənmə ilə bağlı 123 nəfər müraciət edib

Nərmin Qocamanlı
Dekabrda KTM-yə zəhərlənmə ilə bağlı 123 nəfər müraciət edib

Dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı 123 nəfər qəbul edilib.

KTM-in mətbuat xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, onlardan 54-ü kişi, 49-u qadın, 20-si isə uşaq olub. Qəbul olunan xəstələrdən 52-si dərmandan, 33-ü sirkə turşusundan, 9-u etanoldan, 1 nəfər göbələkdən, 19-u dəm qazından zəhərlənib. 2 nəfər allergik reaksiya, 6 nəfər botulizm, 1 nəfər anafilaksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3 nəfər dünyasını dəyişib. Hər 3 ölüm faktı sirkə turşusundan zəhərlənmə səbəbilə qeydə alınıb.

Teqlər:

"Dekabrda KTM-y\u0259 z\u0259h\u0259rl\u0259nm\u0259 il\u0259 ba\u011fl\u0131 123 n\u0259f\u0259r m\u00fcraci\u0259t edib"

Əlaqəli Xəbərlər