Menyu

Qripə yoluxmaların sayı niyə artır?

Redaksiya
Qripə yoluxmaların sayı niyə artır?

Son zamanlar qripə yoluxanların sayı durmadan artır. Üstəlik, yoluxanlar həm də gec sağalırlar. Bəzilərinə görə sadəcə soyuqdəymə olan qrip, əslidə, kifayət qədər təhlükəli xəstəlikdir. Hərçənd qripdən qorunmaq üçün vaksinlər olsa da, bundan istifadə edənlərin sayı çox azdır.

Mövzu ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla “Operativ Media”ya açıqlamasında bildirib ki, ölkədə sadəcə bu qripin təhlükəsinin fərqinə varan şəxslər peyvənd olunublar:

“Kütləvi olaraq insanlar nəinki qripə, eyni zamanda koronavirusun dörd formasından sonra, COVID-19 yaradan SARS virusunun, Omikron ştamının mutasiya variantlarına da yoluxurlar. Pandemiya bitsə də, hələlik epidemiyaları davam edir. Qış vaxtı respirator infeksiyalar çoxalır. Üstəlik pandemiyanın da afterşokları bu xırda problemlərin dərinləşməsinə səbəb olur. Mən hesab edirəm ki, karantin tədbirlərinə daha çox diqqət etsək, yoluxmaların sayı daha az olar və daha az insan əziyyət çəkər”.

Teqlər:

"Qrip\u0259 yoluxmalar\u0131n say\u0131 niy\u0259 art\u0131r?"

Əlaqəli Xəbərlər