KİV: Blinken BƏƏ və Türkiyə liderləri ilə Qəzzanın idarə olunmasını müzakirə edir
Nərmin Qocamanlı
ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinken BƏƏ və Türkiyə liderləri ilə İsrailin anklavda hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağının necə idarə olunacağını müzakirə edir.
"Operativ Media" xəbər verir ki, bu barədə "Wall Street Journal" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yazır.
“Dövlət katibi Antoni Blinken BƏƏ və Türkiyə liderləri ilə Qəzza zolağının orada müharibə bitdikdən sonra necə idarə olunacağını müzakirə edir”, - məlumatda qeyd olunub.