03 Dekabr 2022, 10:17
Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib
Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib şəkil
Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi “Will Rogers” aviasiya bazasını ziyarət edib. 

"Operativ Media" nazirliyin rəsmi məlumatına istinadən xəbər verir ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.


Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Oklahoma Hava Milli Qvardiyasının “Will Rogers” aviasiya bazasını ziyarət edib.

Aviasiya bazası ilə tanışlıq zamanı Azərbaycan nümayəndə heyətinə bazanın yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub, habelə aviasiya və qvardiyaya aid bir sıra hərbi vasitələr nümayiş etdirilib.

 

Son xəbərlər
Zaxarova: Makron nüvə silahı ilə manipulyasiya edir
Yaponiya Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayır
Ramazan ayının 19-cu gününün duası - İmsak və iftar vaxtı
Tacikistan Azərbaycanla Ermənistan arasında danışıqlar mətninin yekunlaşmasını alqışlayır
Putin və Tramp arasında telefon danışığı baş tutub - YENİLƏNİB
ABL: "Ordu" "Lənkəran"ı məğlub etdi
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan və Braziliyanın parlamentlərarası əlaqələr üzrə işçi qruplarının onlayn görüşü keçirilib