http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycanın Türkiyədəki səfirliyində Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib - FOTO

08 Yanvar 2024 , 20:01
Azərbaycanın Türkiyədəki səfirliyində Vətən Müharibəsi qaziləri ilə görüş keçirilib - FOTO

Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdə olan bir qrup Vətən Müharibəsi qaziləri ilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində görüş keçirilib.

Bu barədə "Operativ Media"ya Azərbaycanın bu ölkədəki Səfirliyindən bildirilib.

Səfirlik nəzdindəki Hərbi Attaşelik Aparatının əməkdaşlarının, eləcə də Türkiyə Müharip Qazilər Dərnəyinin nümayəndələrinin də iştirak etdiyi görüşdə müşavir Eldar Əliyev və hərbi attaşe general-mayor Müşfiq Məmmədov qonaqları salamlayaraq, qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı vurğulayıblar və onların şücaətinin hər bir Azərbaycan gənci üçün örnək təşkil etdiyini bildiriblər.

Görüş zamanı Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışılaraq, bir çox qazinin məhz qardaş Türkiyədə müalicə aldığı qeyd edilib. Səmimi şəraitdə keçən görüşdə qazilər də öz fikirlərini səsləndirərək dövlətin onlara qayğı və diqqətindən razılıq ediblər.

OXŞAR XƏBƏRLƏR
Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

Rəsmi Bakı Ermənistan XİN-nə cavab verib

XƏBƏR LENTİ
  • 19:00

    Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı
  • 18:25

    İsrail ordusu Hizbullahın hərbi infrastrukturuna yeni raket zərbələri endirib
  • 18:14

    Mahir Emreli oynadı, "Nürnberq" qələbə qazandı
  • 18:03

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib
  • 17:55

    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
  • 17:45

    Azərbaycan cüdoçuları Dünya Çempionatında daha iki medal qazandılar
  • 17:05

    İranda terror aktının qarşısı alınıb
  • 16:47

    Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb
Menyu