http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Rəsmi Bakı Fransa XİN-nə cavab verib

10 Yanvar 2024 , 08:41
Rəsmi Bakı Fransa XİN-nə cavab verib

Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

"Operativ Media" xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.

Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq.    

OXŞAR XƏBƏRLƏR
İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir

İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir

Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Frankofoniya Zirvə Görüşündə Azərbaycan əleyhinə səslənən qərəzli ifadələrlə bağlı bəyanat yayıb

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

Suriya BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib

XƏBƏR LENTİ
  • 19:23

    İcma: Fransanın dayaz və bəsit cəhdlərə əl atması onun mövqeyinin nə qədər zəif və haqsız olduğunu göstərir
  • 19:00

    Azərbaycan PL: "Səbail" "3 xalı 2 qolla qazandı
  • 18:25

    İsrail ordusu Hizbullahın hərbi infrastrukturuna yeni raket zərbələri endirib
  • 18:14

    Mahir Emreli oynadı, "Nürnberq" qələbə qazandı
  • 18:03

    Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdirilib
  • 17:55

    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
    22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
  • 17:45

    Azərbaycan cüdoçuları Dünya Çempionatında daha iki medal qazandılar
  • 17:05

    İranda terror aktının qarşısı alınıb
Menyu