http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə tədbir keçirilib

11 Yanvar 2024 , 15:32
Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin qurulmasının ildönümü münasibətilə tədbir keçirilib

11 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, Milli Məclisin üzvləri, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, eləcə də digər qonaqlar iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Azərbaycan və Latviya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin 30 il ərzində müxtəlif, o cümlədən siyasi, iqtisadi, humanitar, elmi-texniki, mədəni və s. istiqamətlər üzrə inkişafından ətraflı bəhs olunub. Ali və yüksək səviyyəli səfərlər və təmasların, habelə Strateji Dialoqun ötən il Bakı şəhərində keçirilmiş ikinci iclasının əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rol oynadığı qeyd edilib.

Daha sonra çıxış edən Latviya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya, diplomatik münasibətlərin 30 illiyi münasibətilə öz təbriklərini çatdırıb, münasibətlərin bundan sonra da inkişafına ümidvarlıq ifadə edib. Azərbaycan və Latviya arasında münasibətlərin tarixindən bəhs olunub, tarixi ənənələr, qarşılıqlı dostluq və əməkdaşlığa əsaslanan əlaqələrin bugün də uğurla inkişafının məmnunluq doğurduğu diqqətə çatdırılıb. 

Çıxışlardan sonra iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə bağlı Azərbaycan və Latviya xarici işlər nazirlərinin təbrik məktublarının mübadiləsi baş tutub.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur

XƏBƏR LENTİ
  • Dünən
    23:56

    Anatoli Antonov Rusiyanın ABŞ-dəkı səfiri kimi fəaliyyətini başa vurub
  • Dünən
    23:17

    Netanyahu: İsrailin İranın raket hücumuna cavab verməyə hüququ var
  • Dünən
    22:43

    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
    Azərbaycan XİN: Ermənistan normallaşma ya da qarşıdurma arasında seçim etməlidir
  • Dünən
    22:25

    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
    XİN: BFT Fransanın açıq dəstəyi və himayəsi ilə Ermənistan tərəfindən sui-istifadə edilməsi ciddi təəssüf doğurur
  • Dünən
    21:58

    İsrailin Livana endirdiyi zərbələr nəticəsində 25 nəfər həlak olub
  • Dünən
    21:54

    XİN: Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur
  • Dünən
    21:22

    Azərbaycan PL: "Sabah" "Araz-Naxçıvan"la heç-heçə etdi
  • Dünən
    21:01

    Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazandı
Menyu