Menyu

Prezident : Azərbaycan və Latviya arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur

Nərmin Qocamanlı
Prezident : Azərbaycan və Latviya arasında əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur

Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Latviya Prezidenti Edqars Rinkeviçsə ünvanladığı təbrik məktubunda bildirilib:

"Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir".

"Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq", - Azərbaycan lideri qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər