Latviya Prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Nərmin Qocamanlı
"Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm".
"Operativ Media" xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilib:
"Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır".
"İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm", - Latviya lideri məktubda qeyd edib.
Teqlər:
"Latviya Prezidenti \u0130lham \u018fliyevi \u00f6lk\u0259sin\u0259 s\u0259f\u0259r\u0259 d\u0259v\u0259t edib"