Menyu

“Robot ürək” canlı orqan kimi döyünüb

Redaksiya
“Robot ürək” canlı orqan kimi döyünüb

Massaçusets Texnologiya İnstitutunun alimləri canlı orqan kimi döyünən robot ürək yaradıblar.

“Operativ Media” xəbər verir ki, onlar bunu etmək üçün əsl ürək toxumasından istifadə ediblər.

Mütəxəssislər başlanğıc üçün donuz ürəyindən istifadə ediblər. Sol mədəciyi əhatə edən qalın əzələ çıxarılıb və yerinə robotlaşdırılmış silikon nasos qoyulub. O, işləyərkən canlı orqanizmdə gedən prosesləri təqlid edərək döyünməyə başlayıb.

Model ürək xəstəlikləri və müalicə üsulları ilə bağlı daha əhatəli tədqiqatlar aparmağa imkan verəcək. Elm adamları əvvəllər simulyatorlar (ürək modelləri) qurmuşdu, lakin bunlar yalnız bir neçə saat işləyəyirdi və ürəyin ayrı-ayrı strukturlarını dəqiq simulyasiya edə bilmirdi. Heyvanların üzərindəki tədqiqatlar isə bahalı, vaxt aparan və mübahisəlidir.

Robot ürəyin yaradıcıları diqqəti mitral qapaq çatışmazlığı ilə xarakterizə olunan mitral çatışmazlığına yönəldiblər. Bunun dünyada 24 milyondan çox insana təsir etdiyi təxmin edilir.

Alimlər süni ürəyin mitral qapağını zədələyərək onun sızmasına səbəb olublar. Daha sonra cərrahlar problemi həll etmək üçün üç fərqli yolu sınaqdan keçiriblər: qapaq toxumasını fiksasiya etmək, qapağın tamamilə bağlanmasına kömək etmək üçün cihazı implantasiya etmək və qapağı tamamilə dəyişdirmək. Üsulların hər biri uğurlu olub. Həmçinin tədqiqat zamanı rəngsiz qan istifadə edilib ki, orqanın müşahidəsinə mane olmasın

Teqlər:

"\u201cRobot \u00fcr\u0259k\u201d canl\u0131 orqan kimi d\u00f6y\u00fcn\u00fcb"

Əlaqəli Xəbərlər