
Çinin böyük şəhərlərində "Covid-19"la bağlı yumşaldıcı addımlar atılır.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Çinin üçüncü ən böyük şəhəri olan Quanqcouda yerli səhiyyə işçiləri vətəndaşları arxayınlaşdıraraq televiziyada yayımlanan açıqlamada virusun alt variantlarının mövsümi qripdən daha böyük risk yaratmadığını bildiriblər.
Karantin tətbiq edilən rayonlarda tədbirlər aradan qaldırıldıqdan sonra şəhərdə yoluxma halları artıb, son 24 saatda 4 min 922 hadisə qeydə alınıb.
Guangcou Səhiyyə Komissiyasının sədr müavini Cang Yi, yalnız 4 hadisənin "ağır və kritik" olduğunu və virus səbəbiylə heç bir can itkisinin olmadığını bildirib.
Oktyabrın sonundan bəri şəhərdə yoluxma hallarının sayı 162,700-ə çatıb. Onların 90 faizində heç bir xəstəlik əlaməti göstərmədiyini qeyd edən Cang, "Bu, Omicron variantının əvvəlki variantlardan əhəmiyyətli dərəcədə az təsirli olduğunu göstərir" - deyə qeyd edib.
O, əlavə edib ki, bu nəticə həm "Omicron" variantının xarakterik xüsusiyyəti, həm də peyvənd və effektiv profilaktik tədbirlər vasitəsilə əhalinin immunitetinin artması ilə bağlıdır.
Guangcou Səkkizinci Xalq Xəstəxanasının direktoru Tang Xiaoping də birgə nəşrdə, "Yeni koronavirusun Omicron alt variantlarının təsiri mövsümi qrip səviyyəsinə gerilədi. Bəziləri hətta qripdən daha az təsirlidir. Beləliklə, orada panikaya ehtiyac yoxdur"- açıqlamasını verib.