İsrail ordusu Qəzzada Həmasa aid iki nöqtənin döyüş təyyarələri ilə vurulduğunu bildirib.
"Operativ Media" xəbər verir ki, bunu İsrail Ordusunun sözçüsü Aviçay Adraee bildirib.
O qeyd edib ki, İsrail döyüş təyyarələri HƏMAS raketlərinin istehsal edildiyi mühüm mərkəz olan silah emalatxanasını vurub.
HƏMAS sözçüsü Hazim Qasim isə yerli xəbər kanalına verdiyi açıqlamada müqavimət qüvvələrinin İsrailin hücumuna cavab verməyə davam edəcəklərini bildirib.