Ukraynaya yardım Fransa üçün prioritet olaraq qalır - XİN rəhbəri
Nərmin Qocamanlı
"Dünyada münaqişələrin sayının artmasına baxmayaraq, Ukraynaya kömək Fransa üçün prioritet olaraq qalır".
"Operativ Media" xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri Stefan Sejournet ukraynalı həmkarı Dmitri Kuleba ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.
Bu onun vəzifəyə başladıqdan sonra ilk xaricə səfəridir.
Siyasətçi bildirib ki ki, Paris Kiyevin dəstəyindən “tərəddüd etməyəcək” və onun qətiyyəti sarsılmazdır. O, prezident Vladimir Zelenski ilə də görüşəcək.
Sejournetin sözlərinə görə, Rusiya ilə müharibədə Ukrayna beynəlxalq hüququn fundamental prinsiplərini, Avropanın dəyərlərini və Fransanın təhlükəsizlik maraqlarını müdafiə edib.
O, Kiyevə daha çox dəstək vəd edib və deyib ki, Ukraynaya kömək etmək demokratiyanın qələbəsinə zəmanət vermək deməkdir.
Teqlər:
"Ukraynaya yard\u0131m Fransa \u00fc\u00e7\u00fcn prioritet olaraq qal\u0131r - X\u0130N r\u0259hb\u0259ri"