Menyu

Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir

Nərmin Qocamanlı
Şimali Koreya XİN başçısı Rusiyada səfərdədir

Şimali Koreyanın xarici işlər naziri Çoy Son Xinin başçılıq etdiyi hökumət təmsilçilərindən ibarət nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvada səfərdədir.

"Operativ Media" xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Onların Rusiya rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Tərəflərin Rusiya - Şimali Koreya əlaqələrinə dair məsələləri müzakirə edəcəkləri gözlənilir.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Şimali Koreya lideri Kim Çen In Rusiyaya səfər etmişdi. O, Rusiya Prezident Vladimir Putinlə Şərq kosmodromunda görüşüb danışıqlar aparmışdı.

Teqlər:

"\u015eimali Koreya X\u0130N ba\u015f\u00e7\u0131s\u0131 Rusiyada s\u0259f\u0259rd\u0259dir"

Əlaqəli Xəbərlər