Menyu

Yaponiya Tayvanı tərəfdaş kimi gördüyünü açıqlayıb

Nərmin Qocamanlı
Yaponiya Tayvanı tərəfdaş kimi gördüyünü açıqlayıb

Yaponiya Tayvana mühüm tərəfdaş və dost kimi baxır və qeyri-hökumət səviyyəsində iş münasibətlərini saxlamaq mövqeyinə əsaslanaraq əməkdaşlığı dərinləşdirməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Şurasının baş katibi Yoşimasa Hayaşi mətbuat konfransında bildirib.
"Yaponiya üçün Tayvan əsas dəyərləri paylaşdığı, sıx iqtisadi əlaqələri və humanitar mübadilələri davam etdirdiyi mühüm tərəfdaş və dostdur. Yaponiya hökuməti işgüzar münasibətləri davam etdirmək mövqeyini nəzərə alaraq Tayvanla əməkdaşlığı və mübadilələri dərinləşdirməyə çalışacaq. ”, - deyə baş katib adada keçirilən seçkiləri şərh edərkən deyib.

Tayvanda yaranmış vəziyyətdən danışan Hayaşi məsələnin sülh yolu ilə həll olacağına ümid etdiyini bildirərək bu məsələdə Tokionun mövqeyindən danışıb.

Teqlər:

"Yaponiya Tayvan\u0131 t\u0259r\u0259fda\u015f kimi g\u00f6rd\u00fcy\u00fcn\u00fc a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər