Menyu

Estoniya Qərb ölkələri üçün “Ukraynanın qələbəsi” məqsədilə strategiya hazırlayıb

Nərmin Qocamanlı
Estoniya Qərb ölkələri üçün  “Ukraynanın qələbəsi” məqsədilə strategiya hazırlayıb

Estoniya Müdafiə Nazirliyi Qərb ölkələri üçün üç il ərzində Ukraynaya Rusiya ilə münaqişədə qalib gəlməyə kömək edəcək strategiya hazırlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ERR yazıb.

Hazırlanmış sənəd Ramşteyn formatında Kiyevin bütün müttəfiqlərinə ünvanlanıb. Materialın əsas tezisi belədir ki, Qərb Rusiya ilə münaqişəsində Ukraynaya kömək etməkdən çəkinməməlidir.

Strategiyada deyilib ki, Qərb ölkələrinin səylərini birləşdirərkən Ukraynaya töhfə “çox az olmalıdır”.

“Məsələn, Ramstein işçi qrupunda iştirak edən bütün ölkələrin ÜDM-i 47 trilyon avro təşkil edir ki, bunun da yalnız 0,2 faizi Ukraynaya yardıma ayrılıb. Eyni zamanda, Rusiyanın ÜDM-i cəmi 2 trilyon avro həcmində qiymətləndirilir”, - deyə mətndə qeyd olunub.

Bundan əlavə, Estoniyanın fikrincə, Qərb ölkələri hərbi sənaye kompleksinin istehsalını artırmalıdır. Siyasi iradə mövcud olarsa, istehsalın artırılması üçün vaxt çərçivəsi əhəmiyyətli dərəcədə sürətləndirilə bilər".

Teqlər:

"Estoniya Q\u0259rb \u00f6lk\u0259l\u0259ri \u00fc\u00e7\u00fcn \u201cUkraynan\u0131n q\u0259l\u0259b\u0259si\u201d m\u0259qs\u0259dil\u0259 strategiya haz\u0131rlay\u0131b"

Əlaqəli Xəbərlər