İran və Rusiya XİN başçıları arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Nazirlər yeni dövlətlərarası sazişin hazırlanmasının gedişatını və ticarət-iqtisadi, nəqliyyat, logistika və digər sahələrdə ikitərəfli əməkdaşlığın bir sıra praktiki məsələlərini müzakirə ediblər.
Həmçinin, XİN başçıları ABŞ və Britaniyanın Yəmənə hücumunu pisləyiblər.
Teqlər:
"\u0130ran v\u0259 Rusiya X\u0130N ba\u015f\u00e7\u0131lar\u0131 aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"