Menyu

Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub - YENİLƏNİB

Prezidentliyə namizədlər üçün ödənişsiz efir vaxtının bölgüsü məlum olub - YENİLƏNİB

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.

Cədvəli təqdim edirik:

15 yanvar 2024-cü il

Televiziyada “Dəyirmi masa” formatında

Həftənin günləri

Efirəçıxma tarixi

Efirəçıxma vaxtı

Bazar ertəsi, çərşənbə və cümə

15.01.2024

21.00

17.01.2024

19.01.2024

22.01.2024

24.01.2024

26.01.2024

29.01.2024

31.01.2024

02.02.2024

05.02.2024

Radioda “Dəyirmi masa” formatında

Həftənin günləri

Efirəçıxma tarixi

Efirəçıxma vaxtı

Çərşənbə axşamı, cümə axşamı və şənbə

16.01.2024

21.00

18.01.2024

20.01.2024

23.01.2024

25.01.2024

27.01.2024

30.01.2024

01.02.2024

03.02.2024

Ayrılmış efir vaxtı istifadəçilərinin masa ətrafında yerləşdirilməsi və aparıcı tərəfindən “Dəyirmi masa”nın aparılma ardıcıllığı

Namizədin soyadı, adı, atasının adı

Aparıcıdan

sağda

solda

1. Oruc Zahid Məhərrəm oğlu

1

 

2. Mustafa Fazil Qəzənfər oğlu

 

2

3. Əliyev İlham Heydər oğlu

3

 

4. Musayev Elşad Nəbi oğlu

 

4

5. Həsənquliyev Qüdrət Müzəffər oğlu

5

 

6. Nurullayev Razi Qulaməli oğlu

 

6

7. Əliyev Fuad Ağasi oğlu

7

 

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.

Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.

İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.

***

15:53

Mərkəzi Seçki Komissiyası yanvarın 15-də prezidentliyə namizədlər arasında ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

"Operativ Media" xəbər verir ki, prezidentliyə namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

Püşkatmanın nəticəsinə görə, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

Teqlər:

"Prezidentliy\u0259 namiz\u0259dl\u0259r \u00fc\u00e7\u00fcn \u00f6d\u0259ni\u015fsiz efir vaxt\u0131n\u0131n b\u00f6lg\u00fcs\u00fc m\u0259lum olub - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər