Menyu

Azərbaycanın GUAM-da sədrliyinin əsas istiqamətləri nədən ibarətdir?

Nərmin Qocamanlı
Azərbaycanın GUAM-da sədrliyinin əsas istiqamətləri nədən ibarətdir?

Azərbaycanın 2024-cü il üçün Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatda (GUAM) sədrliyinin əsas istiqamətləri müəyyən edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan sədrlik müddətində təşkilatın məqsədlərinin həyata keçirilməsinə töhfə verməyə, xüsusilə də minatəmizləmə və münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində təcrübə və bilik mübadiləsi, nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsinə çalışacaq. Eyni zamanda rəqəmsallaşma sahəsində fəaliyyətin stimullaşdırılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması, enerji təhlükəsizliyi sahəsi və s. kimi əməkdaşlıq sahələrinə diqqət yetirəcək.

Bundan əlavə, Azərbaycanın sədrliyi beynəlxalq platformalar - BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində GUAM-a üzv dövlətlərin birgə səylərini əlaqələndirməyə davam edəcək. Sədrlik həmçinin təşkilatın səmərəliliyinin artırılmasına diqqət yetirəcək.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycanın sədrliyi Milli Koordinatorlar Şurası və Xarici İşlər Nazirləri Şurasının iclaslarını da təşkil edəcək.

Teqlər:

"Az\u0259rbaycan\u0131n GUAM-da s\u0259drliyinin \u0259sas istiqam\u0259tl\u0259ri n\u0259d\u0259n ibar\u0259tdir?"

Əlaqəli Xəbərlər