İnfarkt və insulta qarşı hörümçək zəhərindən maddə əldə edilib
Nərmin Qocamanlı
Hörümçək zəhərindən təcrid olunmuş HI1A maddəsi ürəyi insult və infarkt nəticəsində yaranan zədələrdən qoruya bilər. O, həmçinin dərmanlar üçün əsas tələblərə cavab verir və buna görə də tibbi təcrübəyə daxil edilə bilər.
"Operativ Media" xəbər verir ki, bu, Avropa Ürək Jurnalında (EHJ) nəşr olunan preklinik tədqiqatda göstərilib.
"Hadronyche infensa" hörümçəyinin zəhərində olan HI1A maddəsini ilk dəfə Kvinslend Universitetindən professor Qlenn Kinq kəşf edib. Araşdırma nəticəsində məlum olub ki, maddə infarkt və insult zamanı ürək hüceyrələrini oksigen çatışmazlığından yaranan zədələrdən qoruyur.
Alimlər yeni araşdırmada maddəni siçanlar üzərində sınaqdan keçiriblər. Heyvanlarda HI1A ürək ritmi və ya qan təzyiqinə nəzarət ilə bağlı problemlər yaratmayıb, insult zamanı ürək hüceyrəsi itkisini azaldıb və ürək çatışmazlığının qarşısını alıb.
Mütəxəssislər müəyyən ediblər ki, HI1A klinik sınaqların üçüncü (son) mərhələsinə çatan yeganə kardioprotektiv dərman olan NHE inhibitorundan heç də az təsirli deyil.