Menyu

Ceyhun Bayramov Uqandaya səfər edib

Nərmin Qocamanlı
Ceyhun Bayramov Uqandaya səfər edib
1 dəq oxu

17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Uqanda Respublikasına işgüzar səfərə yola düşüb.

XİN-dən "Operativ Media"ya verilən məlumata görə, səfər çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Əlaqəli Xəbərlər